ABŞ və İsrail şirkətlərdən ibarət konsorsium Aralıq dənizindəki “Tamar” təbii qaz yatağının genişləndirilməsinə 265 milyon dollar investisiya yatıracaqlarını açıqlayıblar.Azərtac “bloomberght.com”a istinadla xəbər verir ki, konsorsium tərəfindən təsdiqlənən yeni investisiya “Tamar-8” təbii qaz yatağında qazma işləri üçün istifadə ediləcək. Konsorsium İsrailin “Delek Drilling” və “Avner Oil Exploration” şikətləri ilə ABŞ-ın “Noble Energy” şirkətindən ibarətdir. “Tamar-8” təbii qaz yatağı Aralıq dənizinin İsrail sahillərinə 10 kilometr uzaqlıqda, yerin 3,5 kilometr dərinlikdə yerləşir və mövcud layihənin 8-ci quyusudur. Bu ilin sonuncu rübündə icra edilməsi planlaşdırılan layihənin 4 ay davam edəcəyi bildirilir. Qeyd edək ki, “Tamar” təbii qaz yatağı İsrailin Hayfa limanından 130 kilometr uzaqlıqda yerləşir. 2009-cu ildə kəşf edilmiş və 2013-cü ildən istifadəyə verilən yatağın 238 milyard kubmetr təbii qaz ehtiyatına malik olduğu təxmin edilir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…