Fransa Milli Assambleyasının xarici məsələlər üzrə komitəsinin iyunun 29-da keçirilmiş iclasında Fransa ilə Azərbaycan arasında ikitərəfli siyasi, iqtisadi və diplomatik münasibətlərə dair xüsusi araşdırma komitəsinin yaradılması məsələsinə dair müzakirə aparılıb. Bu təklif Milli Assambleyanın mərkəzçi UDİ (Demokrat və Bitərəflərin Birliyi) qrupunun üzvləri, başda ermənipərəst mövqeyi ilə tanınan Fransua Roşbluan, Tyeri Benua, Şarl de Kurson və digər deputatlar tərəfindən irəli sürülmüşdü. Məsələ ilə bağlı çıxış edən deputat Elizabet Giqu bu təklifin hüquqi cəhətdən qəbul edilə bilməsinin qeyri-mümkün olduğunu, onun qeyri-müəyyən formada tərtib edildiyini, komitənin qayda və prosedurlarına uyğun gəlmədiyini söyləyib. O, həmçinin Fransanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik edən Minsk qrupunun həmsədr ölkəsi olmasını əsaslandıraraq rəsmi Parisin belə məsələlərdə bitərəf qalmasının zəruriliyini vurğulayıb. Müzakirələr zamanı çıxış edən xarici məsələlər üzrə komitənin üzvlərinin əksəriyyəti belə bir təklifin qəbul edilməsini Fransanın Ermənistan-Azərbaycan münaqişəsinin həllindəki vasitəçi roluna kölgə sala biləcəyini bildiriblər. Onlar, həmçinin Fransa ilə Azərbaycan arasında ticarət dövriyyəsini qeyd edərək bu təklifin sıx iqtisadi əlaqələrə mənfi təsir göstərə biləcəyini vurğulayıblar. Fransua Roşbluan irəli sürdüyü təklifinin müdafiəsi üçün ayrılmış çıxışında Azərbaycana qarşı əsassız ittihamlar irəli sürməyə, hər vəchlə bu təklifi keçirməyə cəhd göstərsə də, sonda səsvermə zamanı təklif rədd edilib və qəbuledilməz elan olunub.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…