Argentina çempionatının 26-cı turunda…

10 May 2018 10:28

Xəbər 761 dəfə oxunub

Argentinanın “Boka Xuniors” futbol klubu çempionatın başa çatmasına bir tur qalmış 33-cü dəfə ölkə çempionu olub.Azərtac xəbər verir ki, klub ölkə çempionatının 26-cı turunda “Buenos Ayres” – “Ximnasiya” matçının heç-heçə (2:2) yekunlaşmasından sonra rəqibləri üçün əlçatmaz olub və çempionluğunu bayram edib. Bu, “Boka Xuniors”un ardıcıl ikinci, ümumilikdə isə 33-cü çempionluğudur.Qeyd edək ki, Argentina klubları arasında çempion adını ən çox “River Pleyt” komandası (36 dəfə) qazanıb.xeber100.com