Qətərdə keçirilən dünya çempionatının pley-off mərhələsində Avstraliya millisi ilə qarşılaşmada Argentina millisinin kapitanı Lionel Messi fərqlənməklə karyerasında ilkə imza atıb.Matçın 35-ci dəqiqəsində Avstraliya millisinin qapısına yol tapmağı bacaran Messi iştirak etdiyi dünya çempionatları tarixində ilk dəfə pley-off mərhələsində qol vurub. Bu, 35 yaşlı futbolçunun mundiallarda iştirak etdiyi 22-ci oyununda 9-cu qol olub. Messi bu göstərici ilə Dieqo Maradona (21 oyun, 8 qol) və Kriştiano Ronaldonu (18 matç, 8 qol) qabağlamağı bacarıb.Uve Zeeler, Karl-Hayants Rummeniqqe (Almaniya), Roberto Baco, Paolo Rossi, Kristian Vyeri (İtaliya), Jairzino, Vava (Braziliya), David Vilya (İspaniya) və Eysebio (Portuqaliya) da dünya çempionatlarında 9 qol vurublar.Argentina-Avstraliya matçı Messinin peşəkar karyerasında 1000-ci oyun olub. Forvard İspaniyanın “Barselona” klubunda 778, hazırkı klubu Fransa PSJ-sində 53, yığmada isə 169 dəfə meydana çıxıb.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…