Argentina yığması yoldaşlıq oyunları keçirəcək

11 Yanvar 2018 11:35

Xəbər 859 dəfə oxunub

Argentina Futbol Assosiasiyasının prezidenti Klaudio Tapia bu ölkənin milli futbol komandasının yoldaşlıq görüşləri barədə məlumat verib. O, mart ayında nüfuzlu yığma komandalara qarşı iki oyun keçirəcəklərini bildirib.Azərtac xəbər verir ki, martın 23-də Argentina yığması İsveçrənin Bazel şəhərində İtaliya, martın 27-də isə Madriddə İspaniya milli komandaları ilə qarşılaşacaq.xeber100.com