Kabil şəhərində Əfqanıstan Ağsaqqallar Şurasının iclası keçirilir.Ariana News telekanalı xəbər verir ki, şuranın iclasında “Taliban” hərəkatının formalaşdırdığı müvəqqəti hökumətin sədri Məhəmməd Həsən Axund, həmçinin 3500-ə yaxın üləma və ölkənin hər yerindən gələn tayfa başçıları iştirak edirlər.Üç gün davam edəcək iclasda ölkədəki aktual problemlər, ilk növbədə iqtisadi böhran və işsizlik məsələləri, qızların yuxarı siniflərdə (altıncı sinifdən sonra) təhsili ilə bağlı vəziyyət müzakirə olunacaq.Əfqanıstanın Ağsaqqallar Şurası sonuncu dəfə 2020-ci ilin avqustunda, “Taliban” hərəkatının hakimiyyətə gəlməsindən bir il öncə toplanıb.Xatırladaq ki, 2021-ci ilin yaz aylarında ABŞ-ın öz hərbçilərini ölkədən çıxarmaq barədə qərarından sonra “Taliban” Əfqanıstanda hakimiyyəti ələ almaq üçün genişmiqyaslı əməliyyata başlayıb. Həmin il avqustun 15-də taliblər paytaxt Kabilə döyüşsüz daxil olub. Sentyabrın 6-da bütün Əfqanıstan ərazisinə nəzarətin qurulduğunu elan edən hərəkat müvəqqəti hökumət formalaşdırıb. Lakin hökumətin legitimliyi hələ ki, heç bir ölkə tərəfindən tanınmayıb.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…