“Arsenal” klubu “Sevilya”nın müdafiəçisi ilə yaxından maraqlanır

3 Avqust 2020 22:27

Xəbər 1085 dəfə oxunub

“Arsenal” klubu “Sevilya”nın müdafiəçisi Dieqo Karlosla yaxından maraqlanır.Azərtac xəbər verir ki, London klubunun baş məşqçisi Mikel Artetanın 27 yaşlı sambaçının keçidini israrla istədiyi bildirilir.“Mançester Siti”nin də maraq dairəsində olan D.Karlosun sərbəst qalmaq qiyməti 75 milyon avrodur.O, bu mövsüm “Sevilya”nın heyətində La Liqada 35 oyunda çıxış edib və 2 qol vurub.xeber100.com