“Arsenal” klubunun futbolçusu “Beşiktaş”da çıxış edəcək

31 Avqust 2019 21:20

Xəbər 602 dəfə oxunub

İngiltərənin “Arsenal” komandasının yarımmüdafiəçisi Məhəmməd Elneni karyerasını Türkiyənin “Beşiktaş” klubunda davam etdirəcək.Azərtac İstanbul təmsilçisinin rəsmi saytına istinadla xəbər verir ki, Misir yığmasının 27 yaşlı üzvü sonradan satın alınmaq şərti ilə “qara qartallar”ın heyətində bir mövsüm icarə əsasında çıxış edəcək.Qeyd edək ki, London komandasına 2015-2016-cı il mövsümündə İsveçrənin “Bazel” klubundan transfer olunan futbolçu son 3,5 ildə Premyer Liqada 100-ə yaxın oyunda meydana çıxıb. Yetmiş beş oyunda da Misir millisinin formasını geyinən M.Elneni bu matçlarda 6 qol vurub və 7 məhsuldar ötürmə edib.xeber100.com