“Derbi Kaunti”nin baş məşqçisi və “Çelsi”nin keçmiş futbolçusu Frenk Lempard yeni mövsümdə London klubunun indiki baş məşqçisi Mauritsio Sarrini əvəz edərək bu komandanın rəhbəri ola bilər.Azertac xəbər verir ki, “Çelsi” mayın 29-da Bakıda Londonun “Arsenal” komandasına qarşı Avropa Liqasının final matçının nəticəsindən asılı olmayaraq baş məşqçini dəyişəcək.Bildirilir ki, Sarrinin bu vəzifədən azad edilməsi təşəbbüsünü klubun sahibi Roman Abramoviç irəli sürüb. Buna səbəb italiyalı mütəxəssis ilə komandanın fanatlarının qarşılıqlı münasibətləri olub. Abramoviç baş məşqçi vəzifəsinə “Çelsi”nin adlı-sanlı futbolçusu, komandanın keçmiş kapitanı Lempardı dəvət etməklə vəziyyəti qaydaya salmağa ümid edir.İngiltərəli mütəxəssis cari mövsümdə “Derbi Kaunti”nin baş məşqçisidir. Bu komanda Çempionşipdə 46 matçdan sonra 74 xal toplayaraq 6-cə yeri tutub. Lempardın yetirmələri mayın 27-də İngiltərə Premyer Liqasına çıxmaq hüququ uğrunda finalda “Aston Villa” ilə qarşılaşacaqlar. Bu görüş Londonun “Uembli” stadionunda keçiriləcək.“Çelsi” İngiltərə Premyer Liqasında 72 xal toplayaraq üçüncü yer tutub. Komanda İngiltərə Liqası kubokunun finalında “Mançester Siti” ilə oyunda penaltilər hesabına uduzub. İngiltərə kubokunda 1/8 finala qədər çatmış “Çelsi” bu mərhələdə “Mançester Yunayted”ə məğlub olub (0:2).xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…