Artıq kilodan azad olmanın yolları

6 Fevral 2016 14:17

Xəbər 900 dəfə oxunub

Səhər yeməyinin əhəmiyyəti müzakirə olunmazdır. Xüsusən də pəhriz saxlayanlar səhər yeməklərində tox tutan qidalara üstünlük verməlidirlər. Aile.lent.az arıqlamağa kömək edən və uzun müddət tox saxlayan qidalar haqda məlumatları təqdim edir.

 

Qəhvə: Tərkibindəki kofein sizi hərəkətə gətirəcək. Əgər səhərlər idman edirsinizsə, idmandan 45 dəqiqə əvvəl içilən qəhvə tez tərləmənizə, bu isə daha çox yağ yandırmanıza səbəb olacaq. Əgər qəhvə içdikdən sonra idman etsəniz, 15 faiz daha çox yan yandırmış olarsınız. Buna görə də təzyiq probleminiz yoxdursa, səhərlər qəhvə içə bilərsiniz.

 

Banan: Banan həm tox tutması, həm də ləzzətli olduğu üçün səhər yeməklərində  əvəzedilməz meyvədir. Tərkibindəki zəngin potasium ürəyə qüvvət verir, eyni zamanda immunitet sistemini gücləndirir. İmmunitet sistemini gücləndirən meyvələr sırasında ilk yerdədir.

 

Yumurta: Yumurta səhər yeməklərinin ulduzu və vazkeçilməz qidasıdır. Yumurta protein qaynağıdır. Mükəmməl bir bədənə sahib olmaq istəyirsinizsə və ya kökəlməkdən qorxursunuzsa, mütləq menyunuza yumurta əlavə edin. Səhər yeməklərində qayğanaq, yumurta-pomidor və ya qaynadılmış formada yumurta yesəniz, gün ərzində tox qalacaqsınız. Bundan başqa, idmanla məşğulsunuzsa, məşqçinizlə məsləhətləşərək yumurtanın ağına üstünlük verə bilərsiniz.

 

Qarağat: Bağırsaq metabolizmasını nizama salması baxımından qarağat səhər yeməklərində əvəzedilməz giləmeyvədir. Bundan başqa, mədə spazması və ya mədə xorası üçün qarağatın fövqəladə xeyri var. Antioksidan xüsusiyyəti ilə yanaşı, infeksiyalara qarşı qoruyucu gücə malikdir. Buna görə də immunitet sisteminin qoruyucularından biridir.

 

Çiyələk: B və C vitamini tərkibli çiyələk damar tıxanıqlığının qarşısını alır və xolesterolu aşağı salır. Bundan başqa, fosfor və dəmir tərkibi yüksəkdir. Gününüzü daha sakit və sağlam keçirmək istəyirsinizsə, səhərlər 8-10 dənə çiyələk yeyin. Çiyələk antioksidan xüsusiyyəti sayəsində enerjili gün keçirməyinizi təmin edəcək.

 

Çay: Çay dünyada ən çox içilən içkilərdəndir. Səhər yeməklərində içilən çayın oyandırıcı təsiri var və günü daha sakit keçirməyinizi təmin edir. Lakin çox çay içmək qan səviyyəsini aşağı salır. Bu isə halsızlığa səbəb olur. Buna görə də mümkündürsə, çayı açıq və limonlu için.

 

Süd: Proteini bol olan qidaları yesəniz, həm uzun müddət tox qalarsınız, həm də sağlam formada çəki atarsınız. Buna görə də səhər saatlarında süd içməyi qidalanma proqramınıza daxil edin. Səhər içilən süd sonrakı yeməklər zamanı daha az qidalanmanıza səbəb olacaq. Bundan başqa, südün tərkibindəki zəngin kalsium qaynağı sümük və diş sağlamlığı üçün vacibdir. Buna görə də həm uşaqlarınız, həm də özünüz gün ərzində süd içməyə üstünlük verin.

 

Kəpəkli çörək arası yemək: Səhər yeməyinə vaxtınız yoxdursa, ən praktik çıxış yolu çörək arası qidalanmadır. Bununla gün ərzində bədəniniz ehtiyacı olan karbohidratı çörəkdən, arıqlamaq üçün isə lazım olan proteini pendirdən ala bilər. Çörək həm də kəpəkli olmalıdır. Kəpəkli çörək qan səviyyəsi aşağı olanlar üçün da ən yaxşı qidadır.

Koronavirusun yeni variantı ilə bağlı əhaliyə xəbərdarlıq edilib

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) COVID-19-un alt variantı olan EG.5 - elmi ədəbiyyatda həm də “Eris” kimi tanınan virusla bağlı əhaliyə xəbərdarlıq edib. TƏBİB-in Yoluxucu xəstəliklər və infeksion nəzarətin təşkili şöbəsinin müdiri Nəzrin Mustafayeva açıqlamasında bildirib ki, artıq bir neçə aydır COVID-19-un alt variantı olan EG.5 - elmi ədəbiyyatda həm də “Eris” kimi tanınan virus son zamanlar bütün dünyada sürətlə yayılmaqdadır. O bildirib ki, xüsusilə ABŞ, Çin, Böyük Britaniya və Avropanın digər ölkələrində yeni yoluxmalara və yoluxma saylarında artıma səbəb olub: "Bu hal ilk dəfə deyil, daha öncə də COVID-19-un digər ştammlarında qeydə alınıb. Tendensiya onu göstərir ki, hər bir yeni yaranmış ştam özündən öncəki ştammdan daha yüngül simptomlara malik olur. Lakin yeni ştammlarların yoluxduruculuq qabiliyyəti əvvəlkilərdən yüksək olması ilə fərqlənir. Bu isə qısa zamanda kütləvi yoluxmalara səbəb olur". Hazırda Azərbaycanda COVID-19 xəstəliyinin yeni ştamına yoluxma hallarına rast gəlinmədiyini xatırladan TƏBİB rəsmisi vurğulayıb ki, insanların böyük əksəriyyəti COVID-19 xəstəliyini artıq keçirib və sağalıb: "Ölkədə peyvəndlənmə faizi də qənaətbəxş hesab ediləcək səviyyədədir. COVID-19-un alt variantı olan EG.5-ə qarşı xüsusi peyvənd növünün hazırlanması və xüsusi peyvəndlənmə prosesinin başlanılması barədə beynəlxalq protokollarda tövsiyələr mövcud deyil. Hər zaman olduğu kimi, COVID-19-un bütün ştammlarına qarşı risk qrupuna daxil olan şəxslər daha diqqətli olmalıdırlar. Risk qrupuna yanaşı və xroniki xəstəlikləri olanlar, peyvənd olunmayan şəxslər daxildir". Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə dünya üzrə son zamanlar COVID-19-a yoluxanların sayı 38 % artıb. Belə ki, Koreya, İtaliya, Böyük Britaniya, Avstraliya və Sinqapurda yoluxma sayında kəskin artım qeydə alınıb. Hazırda ABŞ-da COVİD-ə yoluxma 2020-ci ilin ilk pandemiyasının statistikasına yaxınlaşır. Ölüm halları avqust ayı ilə müqayisədə 5% artıb. Qardaş Türkiyədə isə yeni ştamla əlaqəli həyəcan təbili çalınıb.xeber100.com

Sentyabr 18, 2023 14:05