“ASAN Könüllüləri” Təşkilatı gənclərin asudə vaxtının səmərəli keçirilməsi, dünyagörüşünün və motivasiyasının artırılması, gənclər arasında dövlətçilik dəyərlərinin yüksəldilməsi, onların iş bacarıqlarının, psixoloji durumunun yaxşılaşdırılması istiqamətində yeni layihələrə start verib. Təşkilatdan Azərtac-a bildiriblər ki, layihələr Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilir. “ASAN Könüllüləri” tərəfindən Azərbaycanda ilk dəfə yerli və əcnəbi nümayəndələrin iştirakı ilə keçiriləcək “I Beynəlxalq Startup Akademiyası: Gəncə 2016”, respublika miqyasında könüllülük fəlsəfəsinin təbliği və könüllülük hərəkatını stimullaşdırmaq məqsədilə “Könüllülər yurdu – Azərbaycan”, gənclərin fərdi inkişafına təkan verərək karyera qurmaq yolunda ilkin addım atmalarına yardım etmək üçün “ASAN Akademiya” layihələri həyata keçiriləcək. Bundan başqa, gənclərdə kitab oxumağa maraq yaratmaq məqsədilə “Hərəyə bir kitab bölüşək”, gənclərin psixi sağlamlığının qorunması, onların psixoloji gərginlikdən azad olmaları, sağlam gənc kimi yetişmələri üçün “Gənc beyin”, gənc nəslə idmanı sevdirib, sadə fiziki məşqlərin gündəlik yerinə yetirilməsini aşılamaq məqsədilə “ASAN Könüllülərinin II spartakiadası” layihələrinin reallaşdırılması nəzərdə tutulur.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Messi influenzato…
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
“Вниз по течению”…