ASEAN 31-ci sammitinin rəsmi açılışı keçirilib

13 Noyabr 2017 12:52

Xəbər 2221 dəfə oxunub

Noyabrın 13-də Manilada Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının (ASEAN) 31-ci sammitinin rəsmi açılışı keçirilib. Ümumi iclasdan sonra sammit iştirakçılarının ASEAN-a daxil olan ölkələrin biznes dairələrinin iştirakı ilə işgüzar və investisiya forumu keçiriləcək. Forumda Hindistan və Rusiyanın Baş nazirlərinin çıxışları gözlənilir.Noyabrın 13-də, həmçinin tərəflər arasında dialoqun qurulmasının 40 illiyinə həsr edilən beşinci ASEAN-ABŞ sammitinin keçiriləcəyi gözlənilir. Həmin gün 20-ci ASEAN-Çin, 19-cu ASEAN-Cənubi Koreya, 20-ci ASEAN-Yaponiya sammitləri, həmçinin 9-cu ASEAN sammiti keçiriləcək.Noyabrın 14-də isə 20-ci yubiley ASEAN+3 (ASEAN+Çin, Yaponiya, Cənubi Koreya), 40-cı ASEAN-Kanada və 40-cı ASEAN-Aİ sammitlərinin keçirilməsi planlaşdırılır. Günün ikinci yarısında isə Şərqi Asiya sammiti başlayacaq.Sammitin gündəliyinə ASEAN ölkələrinin həll etməyə çalışdığı siyasi və təhlükəsizlik məsələləri, iqtisadi və sosial-mədəni problemlər daxil edilib ki, bunların da müzakirəsində məqsəd təşkilata daxil olan ölkələrin hərtərəfli və dayanıqlı inkişafının əldə edilməsidir. Görüş iştirakçıları, həmçinin radikallaşma və separatizm, dünya və regional iqtisadiyyatın proqnozları, iqtisadi inteqrasiya, qadınların, işçi-miqrantların hüquq və imkanlarının genişləndirilməsi, iqlim dəyişmələri, gənclər və yoxsulluq məsələlərini də müzakirə edəcəklər.Xatırldaq ki, sammitdə 20-dək ölkənin liderləri, o cümlədən ABŞ Prezidenti Donald Tramp, Rusiyanın Baş naziri Dmitri Medvedev, Çinin Baş naziri Li Keçyan, Yaponiyanın Baş naziri Şinzo Abe, Kanadanın Baş naziri Castin Trüdo, Hindistanın Baş naziri Narendra Modi iştirak edirlər. Sammitə, həmçinin BMT-nin Baş katibi Antonio Quterreş də qatılıb.Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyası 1967-ci il avqustun 8-də Banqkokda (Tailand) təsis edilib. İlk mərhələdə təşkilata İndoneziya, Malayziya, Sinqapur, Tailand və Filippin daxil olub. Sonradan ASEAN-a Bruney-Darussalam (1984-cü il), Vyetnam (1995-ci il), Laos və Myanma (1997-ci il), Kamboca (1999-cu il) daxil olublar. Papua-Yeni Qvineya və Şərqi Timor qurumda xüsusi müşahidəçi statusuna malikdirlər.xeber100.com

Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub

Fevralın 5-də Londonda Beynəlxalq Avtomobil Federasiyasının (FIA) biryerlik maşınlarında yürüş üzrə direktoru Nikolas Tombasisin və Formula 1-in prezidenti Stefano Domenikalinin sədrliyi ilə Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub. Xarici media xəbər verir ki, iclasda bir sıra məsələlər nəzərdən keçirilib, o cümlədən 2024-cü ildən qüvvəyə minəcək sprintli yürüş uik-endinin yeni formatı təsdiqlənib. Yeni format bu şəkildədir: cümə günü sprintdən əvvəl yeganə məşq və təsnifat. Şənbə günü sprint və yürüşdən əvvəl əsas təsnifat, bazar günü isə yürüş. Bu dəyişikliklər FIA-nın fevralın 28-də keçiriləcək Ümumdünya Şurasında rəsmi şəkildə təsdiqlənməlidir. Komissiyanın iclasında texniki və idman reqlamentlərinə də dəyişikliklər olunub. 2024-2025-ci illərdə bir pilot üçün mövsüm ərzində güc qurğularının sayının artırılaraq dördə çatdırılması təklifi bəyənilib. Eləcə də yürüş zamanı DRS-ni (Drag Reduction System – ön müqavimətin azaldılması sistemi) startdan bir dövrə vurduqdan və yaxud təhlükəsizlik avtomobili trasdan çıxdıqdan sonra restartın ardınca aktivləşdirmək mümkündür. Вundan əvvəl yalnız iki dövrədən sonra DRS-nin istifadəsinə icazə verilirdi. Bundan başqa, Formula 1 Komissiyası 2026-cı ilin reqlamentinə dair bir sıra mövzuları, xüsusən maliyyə və dayanıqlı inkişaf məsələlərini müzakirə edib. 2024-cü il üçün texniki, idman və maliyyə reqlamentlərinə də cüzi dəyişikliklər edilib.xeber100.com

Fevral 6, 2024 14:51

“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb

“SpaceX” kompaniyasının “Falcon 9” daşıyıcı raketi qlobal internet şəbəkəsi üçün nəzərdə tutulan 22 “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb. “SpaceX” kompaniyasının məlumatına görə, “Falcon 9” yanvarın 23-də ABŞ-ın Sakit Okean sahilləri vaxtı ilə saat 16:35-də Birləşmiş Ştatların Kosmik Qüvvələrinin Kaliforniya ştatında yerləşən Vandenberq bazasından start götürüb. Daşıyıcı raketin artıq 16-cı dəfədir istifadə olunan birinci pilləsi Sakit okeandakı “Of Course I Still Love You” dəniz platformasına eniş edib. “SpaceX” indiyədək kosmik fəzaya ümumilikdə 5,7 mindən çox peyk buraxıb. Onların bəziləri sıradan çıxıb, 5,3 mindən çoxu isə işlək vəziyyətdədir. Kompaniyanın layihəsi olan “Starlink” internet şəbəkəsi dünyanın 70 ölkəsində əlçatandır. Pentaqonun məlumatına görə, onun xidmətindən ABŞ hərbçiləri də istifadə edirlər. Dünyanın ən böyük peyk operatoru olan “SpaceX” orbitə ümumilikdə 12 minə yaxın kosmik aparat çıxarmaq niyyətindədir. Təxminən 10 milyard dollara başa gələcək layihə planetin istənilən guşəsində genişzolaqlı internetə çıxışı təmin etməyə imkan yaradacaq. Kompaniya növbəti mərhələdə orbital qruplaşmadakı kosmik aparatların sayını 30 minə çatdırmağı planlaşdırır.xeber100.com

Yanvar 24, 2024 11:42