Asiya İnfrastruktur İnvestisiya Bankına (AİİB) daha 13 ölkənin üzvlüyü təsdiq olunub.Bankdan verilən məlumata görə, AİİB-in rəhbərlər şurası həmin ölkələrin üzv olmaq üçün müraciətini təsdiqləyən qərar qəbul edib. Beləliklə, bankın üzvlərinin sayı 70-ə çatıb.Mənzil-qərargahı Pekində yerləşən bankın nizamnamə kapitalı 100 milyard ABŞ dolları məbləğində müəyyənləşdirilib. Bunun təxminən 75 faizini Asiya ölkələri təmin edir. Ölkələrin payı onların iqtisadiyyatının həcminə uyğun müəyyən olunur. Asiyada enerji, nəqliyyat, şəhərsalma, su təchizatı, logistika, telekommunikasiya, kənd təsərrüfatı, ətraf mühit və digər sahələr üzrə infrastruktur layihələrini maliyyələşdirməklə regionun inkişafına dəstək məqsədilə yaradılan bank ötən 1 ildə Azərbaycan, Pakistan, Banqladeş, İndoneziya, Tacikistan və Myanmaya, ümumilikdə, 9 layihəyə 1,73 milyard ABŞ dolları vəsait ayırıb.Xatırladaq ki, ötən ilin dekabrında AİİB Trans-Anadolu qaz boru kəməri (TANAP) layihəsinə 600 milyon dollar kredit ayrılması ilə bağlı qərar qəbul edib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…