Asiya Olimpiya Şurasının təqdimat mərasimində

7 Mart 2019 12:37

Xəbər 577 dəfə oxunub

Tokioda keçiriləcək 2020-ci il Olimpiya oyunlarının biletləri iyunun 14-dən – Yaponiya sakinləri üçün satışın başlamasından bir neçə həftə sonra digər ölkələrin idman həvəskarlarına satılacaq.Azərtac xəbər verir ki, biletlərin satışı qrafiki “Tokio-2020”-nin Asiya Olimpiya Şurasının Baş Assambleyasına təqdimatı mərasimində açıqlanıb. Yaponiyada biletlərin aprelin sonunda –“qızıl həftə” bayramı zamanı satışa veriləcəyi gözlənilir. Həmin bayram şənlikləri aprelin 27-dən mayın 6-dək davam edəcək.Biletlərin daxili bazarda və əcnəbilər üçün ayrı-ayrı vaxtlarda satışa çıxarılması qərarı qeyri-adidir. Əvvəlki Oyunlarda biletlər həm ev sahibi ölkə həm də qonaqlar üçün eyni vaxtda satılırdı. Satışların 14 iyunda başlanması da təsadüfi deyil: həmin gün “Tokio-2020” biletlərinin surətinin çıxarılması və saxtalaşdırılmasını qadağan edən qanun qüvvəyə minir. Yeni qanuna görə, göstərilən hərəkətlərə görə bir ilədək azadlıqdan məhrumetmə və ya 9 min dollar cərimə, yaxud hər ikisi birlikdə olmaqla cəza tətbiq edilə bilər.xeber100.com