“AtaBank” ASC-nin bu il də hər il olduğu kimi, “Nağdsız ödə, nağd qazan” adlı ani stimullaşdırıcı lotereya kampaniyası yenidən başlayır.”Nağdsız ödə, nağd qazan” – istənilən bankın plastik kart sahibinin “AtaBank”dan nağd pul qazanması şansı deməkdir! Lotereyada “AtaBank” ASC tərəfindən ticarət, ictimai-iaşə və ya xidmət obyektlərində quraşdırılmış POS-terminallar vasitəsilə Azərbaycanda fəaliyyət göstərən istənilən bank tərəfindən emissiya edilən ödəniş kartları ilə nağdsız əməliyyatlar aparan rezident şəxslər iştirak edə bilərlər.Bank kartları ilə etdiyiniz hər 25 manatlıq ödəniş çeki (və ya çekləri) sayəsində Siz 1 ani uduş lotereya kuponu əldə edirsiniz. Məhz bu lotereya Sizi şanslılardan edəcək! Lotereyanı elə yerindəcə pozun və minlərlə uduşlardan biri Sizin olsun!Ani stimullaşdırıcı lotereya kuponlarının əldə edilməsi üçün kart istifadəçisi təqvim ayı ərzində “AtaBank” ASC-nin POS-terminal şəbəkəsində nağdsız aparılmış əməliyyatlar üzrə çekləri toplayaraq bankın istənilən filial və ya şöbəsinə müraciət etməlidir.Kampaniya 1 iyun 2018-ci il tarixindən başlayıb 31 dekabr 2018-ci il tarixinədək davam edəcək.Qeyd edək ki, kampaniya bankın 25 illik yubileyinə həsr olunur.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…