“Son 50 ildə rəqəmsal texnologiyalar sahəsində nə qədər irəliləyiş baş veribsə, növbəti 5 ildə 10 dəfə daha sürətlə inkişaf gedəcək”.Apa-Economics”in məlumatına görə, bunu bu gün Bakıda “Pullman” otelində ölkəmizin aparıcı şirkətlərinin dəstəyi və iştirakı ilə “Rəqəmsal Biznes Trendləri” devizi altında keçirilən II Maliyyə və İnvestisiya Forumunda (FIF2018) “AtaSıorta” ASC-nin İdarə Heyətinin sədr müavini Orxan Məmmədov deyib.Onun sözlərinə görə, ənənəvi rəqabət sərhədləri pozulub: “Bu gün banklarla super marketlər rəqabət aparır. Yəni, bu gün sahələr arasında rəqabət gedir. Bu da daha da böyük inkişafa səbəb olacaq”.Sığorta şirkətinin rəsmisi bildirib ki, hazırda bu tendensiyalardan istifadə edən şirkətlər qazanır: “Bəzi şirkətlər müştərinin sosial şəbəkəsini öyrənməklə onun barəsində məlumatları toplayır. Bu gün şirkətlər qarşısında duran əsas məsələ kibertəhlükəsizlikdir. Bu kibertəhlüksizlik qorxusundan bəzi şirkətlər yenilənməyə, elektronılaşmaya, rəqəmsalaşmaya getmirlər. Onlar məlumatların bu rəqəmsallaşma ilə oğurlana biləcəyindən və ya hakerlərin əllərinə keçməsindən qorxurlar”.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…