Atcılıq Federasiyasının məlumatı əsasında…

23 Dekabr 2019 19:02

Xəbər 394 dəfə oxunub

Dekabrın 23-də Binə Atçılıq Mərkəzinin qapalı manejində çövkən milli oyunu üzrə Prezident kuboku turnirinin finalçıları müəyyənləşib.Azərbaycan Respublikası Atcılıq Federasiyasından Azərtac-a bildiriblər ki, yarımfinalda “Buta Golden” “Sərhədçi”ni 4:1 hesabı ilə üstələyib. “Omar” isə “Polad”dan güclü olub – 2:1.Dekabrın 24-də eyni məkanda üçüncü yer uğrunda görüş və final qarşılaşması keçiriləcək. Yarımfinalda uduzanlar bürünc medal, qaliblər final görüşünə çıxacaqlar. Oyunlar müvafiq olaraq saat 11:45-də və 12:40-da start götürəcək.Qeyd edək ki, yarışın Şəkinin Daşüz kəndindəki Respublika Milli Atüstü Oyunları Mərkəzində keçirilən qrup mərhələsində 12 komanda mübarizə aparıb.xeber100.com