Bu gün Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) növbəti ümumi yığıncağı keçirilib.Federasiyadan Trend-ə verilən məlumata görə, yığıncaqda Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, ARAF İdarə Heyətinin üzvləri və 100-ə yaxın federasiya üzvü iştirak edib.Federasiyanın vitse-prezidenti Mahir Muradov son 5 il ərzində atçılığın konkur növü üzrə görülmüş işlər barədə, Federasiyanın vitse-prezidenti Elşad Abbasov son 5 il ərzində cıdır üzrə görülmüş işlər barədə, Federasiyanın idarə heyətinin üzvü Bəsirət Quliyev Milli at cinsləri və Milli atüstü oyunlarla bağlı məruzələr ediblər.Daha sonra Federasiya prezidentinin seçkiləri keçirilib, Elçin Quliyev ümumi yığıncaq üzvlərinin maksimal səs çoxluğu ilə növbəti 5 il müddətinə yenidən ARAF-ın prezidenti seçilib.Ümumi yığıncağın qərarı ilə ARAF-ın 1-ci vitse-prezidenti vəzifəsinə Mahir Muradov, vitse-prezident vəzifələrinə Elşad Abbasov, Bəsirət Quliyev, Sakit Məmmədov, Bəhruz Nəbiyev seçilib və idarə heyətinin üzvləri təsdiq olunublar.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…