Atçılıq Federasiyasının təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş atçılığın konkur növü üzrə CSI2*-W kateqoriyalı beynəlxalq turnirin ilk günü maraqlı idman mübarizəsi ilə yadda qalıb.Azərtac xəbər verir ki, turnirdə Azərbaycan, Türkiyə, Rusiya, Belarus, Gürcüstan və İrandan ümumilikdə 19 idmançı iştirak edir.Yarışın ilk gününün nəticələrinə əsasən, 1,2 metrlik maneədən tullanma üzrə rusiyalı Anna Qromzina sıralamada birinci olub. Müxtəlif atlarla ikinci və üçüncü yerdə isə həmyerlimiz Rahib İsmayılov qərarlaşıb.İdmançıların 1,35 metrlik maneədən tullanma yarışında isə iranlı Maziar Camşid Xani birinci olub. Sıralamada ikinci və üçüncü yerlərə isə həmyerlilərimiz Rəşad Səmədov və Rahib İsmayılov yüksəliblər.Bu turnir Qafqaz Liqasına daxil olan idmançıların Dünya Kubokuna təsnifat mərhələsi hesab edilir. Eyni zamanda, final yarışı idmançılara “Longines” dünya sıralaması üçün də 50 xal toplamaq imkanı verir.Turnirə iyunun 4-də yekun vurulacaq.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…