Atçılıq Mərkəzinin yaradılmasının onuncu ildönümü qeyd edilib

11 Fevral 2017 11:54

Xəbər 856 dəfə oxunub

Fevralın 11-də Dövlət Sərhəd Xidməti Atçılıq Mərkəzinin yaradılmasının onuncu ildönümü münasibətilə tədbir keçirilib.Azərtac xəbər verir ki, tədbirdə iştirak edən Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının Komandanı, general-polkovnik Elçin Quliyev, Gənclər və İdman Nazirliyinin nümayəndələri, idmançılar əvvəlcə hərbi hissənin ərazisinə baxış keçirib, yaradılan şəraitlə tanış olublar.Dövlət Sərhəd Xidmətinin nümunəvi hərbi orkestrinin ifasında marşlar və həzin musiqilər səsləndirilib, Mərkəzin fəaliyyətini və qazandığı nailiyyətləri əks etdirən film nümayiş olunub. Yubiley mərasimində xüsusi xoreoqrafiya üzrə “Qarabağ” və “Diliboz” atlarının üzərində Azərbaycan Respublikasının dövlət bayrağı meydana gətirilib, “Süvarilər” qrupu, island poniləri, çövkən komandaları, konkurçular, poloçular atlarla parad qaydasında manejə daxil olublar. Sonra “Süvarilər” qrupunun nümunəvi çıxışları nümayiş etdirilib, konkur elementləri üzrə yarış keçirilib.xeber100.com