Litvanın paytaxtı Vilnüsdə keçirilən ənənəvi “Ateitis Cup” beynəlxalq turnirinə yekun vurulub.Azərtac xəbər verir ki, “Qəbələ”nin 14 yaşadək futbolçulardan ibarət komandası yarışın sonuncu günündə 11-12-ci yerlər uğrunda matçda qüvvəsini sınayıb. “Qırmızı-qaralar” Belarusun “İsloç” komandası ilə görüşüblər.Ülfət Mədətovun yetirmələri bu qarşılaşmada böyük hesablı qələbə qazanıblar – 4:0. Komandamızın qollarını Sərxan Mirzəzadə, Aslan Şirinov, Sahil Həsənov və Elmir Hüseynli vurublar. Bu qələbə ilə “Qəbələ” turniri 11-ci pillədə başa vurub.Futbolçumuz Emil Süleymanov “Ateitis Cup”ın ən yaxşı yarımmüdafiəçisi mükafatına yiyələnib.Yarışın qalibi adına isə İtaliyanın “Atalanta” klubu yiyələnib. Litvanın Milli Futbol Akademiyası ikinci, Latviyanın “Dauqavpils” klubu isə üçüncü yeri tutub.Xatırladaq ki, “Qəbələ” qrup mərhələsində yerli “Vilnüs”ə 2:0 hesabı ilə qalib gəlib, Latviyanın “Dauqavpils” komandasına 0:1 hesabı ilə uduzub, Finlandiya “Maski”si ilə 2:2, Belarus “Smena”sı ilə 0:0 hesablı heç-heçə edib. 9-12-ci yerlər uğrunda matçda isə komandamız Estoniya “Levadiya”sına 0:1 hesabı ilə uduzub.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…