ATGTİ-nin məlumatına görə…

25 Yanvar 2017 13:33

Xəbər 1005 dəfə oxunub

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) qərargahında sərbəst güləş üzrə Azərbaycan yığma komandasının baş məşqçisi Firdovsi Umudovun gənclərlə görüşü keçirilib.ATGTİ-dən Azərtac-a bildiriblər ki, görüşdə ittifaqın sədri Ş.İsmayılov gənclərlə mütəmadi olaraq bu cür görüşlərin keçirilməsinin əhəmiyyətindən danışıb. O, Azərbaycan idmanının inkişafındakı xidmətlərinə görə Azərbaycanın əməkdar məşqçisi Firdovsi Umudovun 2012-ci ildə dünyanın, 2009, 2012 və 2015-ci illərdə isə Azərbaycanın ən yaxşı məşqçisi seçildiyini görüş iştirakçılarının diqqətinə çatdırıb.Tələbə gənclərin çoxsaylı suallarını cavablandıran Firdovsi Umudov onlara idmançıların yarışdan öncə fiziki və psixoloji hazırlıq, aparılan fərdi söhbətlər barədə ətraflı məlumat verib.xeber100.com