Atıcılıq Federasiyasının kuboku uğrunda final mərhələsi keçirilib

25 Dekabr 2018 11:48

Xəbər 522 dəfə oxunub

Novxanı Sportinq Atıcılıq Mərkəzində kompakt-sportinq üzrə Azərbaycan Atıcılıq Federasiyasının kuboku uğrunda yarışın final mərhələsi keçirilib.Azərbaycan Atıcılıq Federasiyasının vitse-prezidenti, kompakt-sportinq üzrə baş məşqçi Rasim Rzayev Azərtac-a bildirib ki, final yarışında mərhələ turnirlərinin qalibləri mübarizə aparıblar. Finalda 100 hədəfə atəşaçma yarışında ən yüksək nəticə göstərən Rauf Sadıqov kuboka sahib olub.xeber100.com