Atıcılıq üzrə Avropa çempionatının səkkizinci günündə…

28 İyul 2017 10:36

Xəbər 984 dəfə oxunub

Bakı Atıcılıq Mərkəzində keçirilən atıcılıq üzrə Avropa çempionatının səkkizinci günündə – iyulun 28-də qrup yarışlarına start verilib.Azərtac xəbər verir ki, mötəbər yarışın səkkizinci günündə daha 7 idmançımız mübarizəyə qoşulub.Çempionatda 10 metr məsafədəki hədəfə tüfənglə atəş açma yarışında Nəzrin Salamzadə, tapança ilə atəş açmada isə Leyla Mirzəzadə hədəfi dəqiq nişan almağa çalışacaqlar.Zərifə Kazımova isə 25 metr məsafəyə tapança ilə atəş açma yarışında ölkəmizi təmsil edir.Daha bir maraqlı mübarizə isə qrup oyunlarında gözlənilir. Əli Hüseynli, Aydan Camalova, Tamer Məmmədov, Şəfəq Əmrahova stend atıcılığı üzrə komanda yarışında mübarizə aparırlar.xeber100.com