Dünya Atletika Şurası 2025-ci ildə Tokioda keçiriləcək dünya çempionatının tarixinin isti hava şəraitinə görə sentyabra dəyişdirilməsi barədə qərar qəbul edib. Bu barədə dekabrın 1-də NHK telekanalı məlumat yayıb. Məlumata əsasən, həmin qərar Romada keçiriləcək görüşdə təsdiq edildikdən sonra yarışlar sentyabrın 13-dən 21-dək təşkil olunacaq.Qeyd edilir ki, bu, 2019-cu il sentyabrın sonu oktyabrın əvvəllərində Dohada keçirilmiş çempionatdan sonra ikinci ən uzun müddətli yarış olacaq.Yaponiya Atletika Federasiyasının yaydığı məlumata görə, dünya çempionatları adətən iyul və ya avqust aylarında keçirilir. Lakin həmin aylarda Yaponiyada havalar çox isti keçdiyinə görə Tokioda keçiriləcək yarışların tarixi sentyabra dəyişdirilib.Bildirilir ki, Atletika üzrə Dünya Çempionatı 2025-ci ildə Tokioda yerləşən Milli stadionda təşkil ediləcək. Bu yarışlarda dünyanın 210 ölkəsindən və regionundan 2000-dək idmançının iştirakı gözlənilir.Xatırladaq ki, ötən il Tokioda keçirilən Olimpiya Oyunları zamanı iyulun sonu avqustun əvvəllərində nəzərə tutulan marafon və idman yerişi yarışlarının məkanı məhz isti havaya görə Hokkaydo adasında yerləşən Sapporo şəhərinə dəyişdirilmişdi.
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…