İyunun 15-də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda 2004-2005-ci il təvəllüdlü yeniyetmələr arasında atletika üzrə Azərbaycan çempionatına yekun vurulub. Yarışlar Azərbaycan Atletika Federasiyasının (AAF) və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilib.Azərtac xəbər verir ki, yarışda 10 komandadan 80-ə yaxın atlet iştirak edib.Çempionatda oğlanlar arasında uzunluğa tullanmada Kəsgin Abbaszadə, hündürlüyə tullanmada Nikita Neftyakov, üç təkanla tullanmada Emil İlyasov və nüvəitələmədə isə Şakir Azakov qalib adını qazanıblar. Qızlar arasında uzunluğa tullanmada Aysel Mehrəliyeva, hündürlüyə tullanmada Veronika Andropova və nüvəitələmədə isə Aysun Əhmədova birinci yerə layiq görülüb.Qaçış növləri üzrə oğlanların yarışında Elcan Cəfərov (100 m, 200 m), İbrahim Orucov (400 m) və Roman Məmmədov (800 m, 1500 m) birinci yerdə qərarlaşıblar. Qızların yarışında isə Aysel Mehrəliyeva (100 m), Samirə Cəbrayılzadə (200 m) və İradə Əliyeva (400 m, 800 m) birinci olublar.Qaliblər federasiya tərəfindən medal və diplomlarla təltif olunublar.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…