Atletika üzrə beynəlxalq turnir keçirilib

26 Fevral 2018 12:05

Xəbər 904 dəfə oxunub

Minskdə atletika üzrə beynəlxalq turnir keçirilib.Azərtac xəbər verir ki, yarışda ölkəmizi 10 atlet təmsil edib.Üç təkanla tullanma yarışlarında milli komandamızın üzvü Səid Nəcəfzadə 14 metr 98 santimetr nəticə ilə gümüş medala sahib olub.“Ümid” idman klubunun yetirməsi olan S.Nəcəfzadə yarışa şəxsi məşqçisi Elvin Əliyevin rəhbərliyi altında hazırlaşıb.Turnirdə 10 ölkədən 250-dən artıq idmançı birincilik uğrunda mübarizə aparıb.xeber100.com