Atletika üzrə beynəlxalq xatirə turniri keçiriləcək

5 İyul 2019 16:16

Xəbər 561 dəfə oxunub

İyulun 6-7-də Qazaxıstanın Almatı şəhərində Qusman Kosanovun xatirəsinə həsr olunan atletika üzrə beynəlxalq xatirə turniri keçiriləcək. Turnirdə Azərbaycan atletləri də iştirak edəcəklər.Azərbaycan Atletika Federasiyasından Azərtac-a bildiriblər ki, beynəlxalq turnirdə tullanma növlərində Yekaterina Sarıyeva, Yelena Pextereva, Sabrina Zralova, Yadulla İbrahimov, qaçış növündə isə Cavid Məmmədov mübarizə aparacaqlar.xeber100.com