Atletika üzrə dünya çempionatına yekun vurulub

8 Oktyabr 2019 08:05

Xəbər 442 dəfə oxunub

Qətərin paytaxtı Dohada keçirilən atletika üzrə dünya çempionatına yekun vurulub.Azərtac xəbər verir ki, mundialda ölkəmizi baş məşqçi Bəhruz Salehlinin rəhbərliyi altında Nazim Babayev, Aleksis Kopello (üçtəkanla tullanma), Anna Skidan (çəkicatma) və Evans Kiplaqat (marafon) təmsil ediblər. Lakin idmançılarımız çempionatda mükafatçılar sırasına düşə bilməyiblər.Dünya çempionatında kişilər arasında marafon yarışında efiopiyalı atlet Lelisa Desisa, qadınların mübarizəsində isə keniyalı Rut Çepnqetiç bütün rəqiblərini qabaqlayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.Qeyd edək ki, mundialda 209 ölkədən 1928 idmançı iştirak edib. Bu atletlərin 1039-u kişi, 889-u qadın olub.xeber100.com