Atletika üzrə dünya çempionatının vaxtı dəyişdirilib

31 Mart 2020 18:44

Xəbər 457 dəfə oxunub

2021-ci ildə keçiriləcək atletika üzrə dünya çempionatının vaxtı “Tokio-2020” Yay Olimpiya Oyunlarına görə dəyişdirilib. Belə ki, mundial 2022-ci ildə keçiriləcək.Azərtac xəbər verir ki, bu barədə Beynəlxalq Atletika Federasiyaları Assosiasiyası (World Athletics) rəsmi internet səhifəsində məlumat yayıb.Məlumatda “World Athletics”in Beynəlxalq Olimpiya Komitəsinin cari ildə keçirilməsi nəzərdə tutulan “Tokio-2020″nin koronavirus pandemiyasına görə gələn ilə təxirə salınmasını yüksək qiymətləndirib.Qeyd edək ki, atletika üzrə dünya çempionatı 2022-ci ildə ABŞ-ın Oreqon ştatında təşkil olunacaq.xeber100.com