“Atletiko” futbol klubu UEFA Çempionlar Liqasının tarixinə düşüb

16 Mart 2022 15:40

Xəbər 375 dəfə oxunub

“Atletiko” UEFA Çempionlar Liqasının tarixinə düşüb.İspaniya təmsilçisi ev oyunlarında qələbə qazanmadan dörddəbir finala yüksələn ilk komanda olub.Madrid təmsilçisi qrupda “Porto” (0:0), “Liverpul” (2:3) və “Milan” (0:1), səkkizdəbir finalda “Mançester Yunayted”i (1:1) qəbul edib. “Atletiko” bu görüşlərdə qalib gələ bilməsə də, Mançesterdəki 1:0 hesablı qələbə ilə dörddəbir finala yüksəlib.Madrid klubunadək heç bir komanda ev qələbəsi olmadan bu qədər irəliləməyib.xeber100.com