“Atletiko Madrid” 2024-cü ilədək müqavilənin müddətini artırıb

25 May 2017 12:22

Xəbər 1077 dəfə oxunub

İspaniyanın “Atletiko Madrid” futbol komandasında çıxış edən yarımmüdafiəçi Koke daha 7 il klubun uğurları üçün çalışacaq.Azərtac xəbər verir ki, paytaxt təmsilçisi 25 yaşlı ispaniyalı oyunçu ilə 2024-cü ilədək müqavilənin müddətini artırıb.Futbol üzrə İspaniya millisində də forma geyinən oyunçu 2009-cu ildən bəri “Atletiko Madrid”in şərəfini qoruyur və oynadığı 323 matçda 28 qol vurub.xeber100.com