Fevralın 23-də futbol üzrə UEFA Çempionlar Liqasında səkkizdəbir final mərhələsinin ilk görüşlərinə yekun vurulacaq.Mərhələnin sonuncu oyun günündə iki qarşılaşma keçiriləcək.Gecənin maraqla gözlənilən matçı İspaniyada “Atletiko Madrid” ilə “Mançester Yunayted” komandaları arasında oynanılacaq. “Vanda Metropolitano” stadionunda keçiriləcək görüşü rumıniyalı FIFA referisi Ovidiu Hatseqan idarə edəcək.Vacib oyundan əvvəl meydan sahiblərinin heyətində ciddi itkilər var. Antuan Qrizman və Daniel Vass zədə, Yannik Karrasko isə cəza səbəbindən oynamayacaqlar. Xose Mariya Ximenesin isə meydana çıxması sual altındadır. Qonaqlarda isə Erik Bayi və Edinson Kavani meydana çıxa bilməyəcəklər.Gecənin digər matçında isə Niderlandın “Ayaks” klubu Portuqaliyada “Benfika” ilə qarşılaşacaq. “Eştadiu du Benfika” stadionundakı görüşün baş hakimi sloveniyalı Slavko Vinçiç olacaq. Lissabon təmsilçisinin heyətində Haris Seferoviç, Amsterdam klubunda isə Marten Stekelenburq və Şon Klayber zədə səbəbindən oyunu buraxacaqlar.Komandalar arasında cavab qarşılaşmaları martın 15-də keçiriləcək.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…