Futbol üzrə İspaniya La Liqasının X turu çərçivəsində keçirilən matçda “Atletiko Madrid” doğma meydanda “Atletik Bilbao”nu qəbul edib.Azərtac xəbər verir ki, “Vanda Metropolitano” stadionunda baş tutan görüşdə hesabı 28-ci dəqiqədə meydan sahiblərinin yarımmüdafiəçisi Saul Nigues açıb. Birinci hissə elə bu hesabla bitib – 1:0. İkinci hissənin 64-cü dəqiqəsində Dieqo Simeonenin yetirmələri hesab arasındakı fərqi artırıblar. Alvaro Morata komandasının ikinci qolunu vurub. Bu, oyunda vurulan son qol olub. Beləliklə, “Atletiko Madrid” doğma meydanda “Atletiko Bilbao”nu 2:0 hesabı ilə məğlub edib.Bu oyundan sonra Madrid klubu turnir cədvəlində 19 xalla ikinci pillədə qərarlaşıb. Günün digər oyunlarında “Leqanes” doğma meydanda “Malyorka”ya minimal hesabla qalib gəlib – 1:0. “Eybar” isə səfərdə “Real Valladolid”ə 2:0 hesabı ilə məğlub olub. Turun digər oyunları oktyabrın 27-28-də keçiriləcək.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…