“Atletiko Madrid” futbol klubu yeni müqavilə imzalamağa hazırlaşır

24 Oktyabr 2017 12:05

Xəbər 1680 dəfə oxunub

“Atletiko Madrid” futbol klubu kapitanı Qabi ilə yeni müqavilə imzalamağa hazırlaşır.Azərtac xəbər verir ki, ispaniyalı yarımmüdafiəçi ilə müqavilənin müddətinin 2019-cu ilin iyununadək uzadılması barədə razılıq əldə olunub. Qabinin bu həftə Madrid klubu ilə yeni müqaviləyə imza atacağı gözlənilir.Otuz dörd yaşlı oyunçunu komandada saxlamağın əsas təşəbbüskarı baş məşqçi Dieqo Simeonedir.Qeyd edək ki, Qabi cari mövsüm La Liqada 8 matçda meydana çıxıb.xeber100.com