“Atletiko Madrid” klubu daha bir ciddi itki ilə qarşılaşıb

19 Noyabr 2021 13:42

Xəbər 635 dəfə oxunub

İspanıyanın “Atletiko Madrid” klubu daha bir ciddi itki ilə qarşılaşıb.İspaniya mətbuatı xəbər verir ki, bu dəfə komandanın portuqaliyalı hücumçusu Joao Feliks zədələnib. Onun müəyyən müddət yarışlardan kənarda qalacağı bildirilib.Xatırladaq ki, “Atletiko Madrid”in müdafiəçisi Kiran Trippye zədələndiyi, hücumçu Antuan Qrizmann isə cəzalı olduğu üçün UEFA Çempionlar Liqasının qrup mərhələsinin beşinci turunda İtaliyanın “Milan” komandası ilə oyunda iştirak etməyəcəklər.“Atletiko Madrid” – “Milan” komandaları arasındakı oyun noyabrın 24-də keçiriləcək.xeber100.com