UEFA Çempionlar Liqasının ilk yarımfinalçısı “Atletiko Madrid” komandası olub. İlk oyunda Madriddə minimal hesabla qalib gələn “Atletiko” komandası İngiltərədə “Lester Siti” ilə matçda 1:1 hesablı heç-heçə edərək adını yarımfinala yazdırıb.Azərtac xəbər verir ki, oyunda hesab matçın 26-cı dəqiqəsində açılıb. Madridlilərin heyətində Saul Niguez dəqiq zərbə ilə komandasını hesabda irəli çıxarıb. İlk hissə bu hesabla başa çatıb.Qarşılaşmanın ikinci hissəsində oyunda dönüş yaratmaq istəyən “Lester Siti” 61-ci dəqiqədə hesabı bərabərləşdirib. Komandanın ulduz futbolçusu Ceymi Vardi adını tabloya yazdırıb.Qalan dəqiqələrdə qapılara top vurulmayıb və iki oyunun nəticəsinə görə 2:1 hesabı ilə qalib gələn “Atletiko Madrid” komandası UEFA Çempionlar Liqasının ilk yarımfinalçısı olub.Xatırladaq ki, “Atletiko” komandası ötən il UEFA Çempionlar Liqasının finalında əzəli rəqibi “Real”a məğlub olmuşdu.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…