“Atletiko Madrid” – “Qarabağ” qarşılaşması oktyabrın 31-də keçiriləcək

30 Oktyabr 2017 12:15

Xəbər 886 dəfə oxunub

Azərbaycan çempionu “Qarabağ” FK UEFA Çempionlar Liqasındakı növbəti oyununu keçirmək üçün İspaniyaya gəlib.Azərtac xəbər verir ki, Madridin Adolfo Suares Barajas hava limanında komandamızı azarkeşlər qarşılayıblar. Azərbaycanın İspaniyadakı səfirliyi tərəfindən “Qarabağ” komandasının geyimləri və atributları ilə təmin edilmiş həmvətənlərimiz komandanı şüarlar və alqışlarla qarşılayıblar.Xatırladaq ki, “Atletiko Madrid” – “Qarabağ” qarşılaşması oktyabrın 31-də, Madriddəki “Vanda Metropolitano” stadionunda keçiriləcək. İspaniyanın bütün bölgələrindən Madridə axışan azərbaycanlılar komandamıza dəstək olacaqlar.xeber100.com