Oktyabrın 25-də Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) “İslam Həmrəyliyi İli” çərçivəsində “İslam həmrəyliyi və etiqad turizmi potensialı” mövzusunda elmi-praktik konfrans keçirilib.Azərtac xəbər verir ki, tədbirdə ATMU-nun rektoru İlham Mədətov Prezident İlham Əliyevin 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olunması ilə bağlı Sərəncamını xatırladıb, bunun çox böyük ictimai-siyasi, beynəlxalq və ideoloji əhəmiyyəti olduğunu söyləyib. Qeyd edilib ki, “İslam Həmrəyliyi İli” çərçivəsində ölkəmizdə müxtəlif beynəlxalq və yerli tədbirlər keçirilir.Rektor bildirib ki, konfransın keçirilməsinin məqsədi halal turizmin inkişaf perspektivlərinin elmi əsaslara nəzərən isbatlanmasıdır.Konfransda “Halal turizm və inkişaf perspektivləri”, “Azərbaycanda dini turizm abidələri”, “Azərbaycanda inanc turizminin maarifləndirici ekskursiya istiqamətinin inkişaf perspektivləri” və digər mövzularda məruzələr dinlənilib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…