“Australian Open” beynəlxalq turniri davam edir

5 Yanvar 2017 10:32

Xəbər 1070 dəfə oxunub

Brisben şəhərində şahmat üzrə “Australian Open” beynəlxalq turniri davam edir.Azərtac xəbər verir ki, yarışda ölkəmizi təmsil edən Kənan İzzət dördüncü turda yerli şahmatçı Corc Lester ilə qarşılaşıb. Rəqibini məğlub edən şahmatçımız turnirdə üçüncü qələbəsini qazanıb.Hesabında 3 xal olan K.İzzət 8-24-cü pillələri bölüşür. Bütün görüşlərini qələbə ilə başa vuran avstraliyalı Maks İllinqvorts və Qene Nakauçi, özbəkistanlı Temur Kuybokarov liderlər qrupunda yer alıblar.xeber100.com