Avarçəkmə üzrə əməkdaşlıq memorandumu imzalanıb

27 Oktyabr 2023 15:12

Xəbər 399 dəfə oxunub

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası (AKAF) ilə Türkiyə Avarçəkmə Federasiyası (TAF) və Türkiyə Kanoe Federasiya (TKF) arasında əməkdaşlıq memorandumu imzalanıb. Bu barədə AKAF-ın mətbuat katibi Vüsal Qurbanov “Mingəçevir Reqatası-2023” beynəlxalq turniri zamanı jurnalistlərə açıqlamasında məlumat verib.

Onun sözlərinə görə, memorandum federasiyalar arasında təcrübə mübadiləsinin aparılması, gələcəkdə Azərbaycan və Türkiyə milli komandalarının birgə təlim-məşq toplanışları keçməsində, həmçinin beynəlxalq yarışların təşkilində mühüm rol oynayacaq.

Qeyd edək ki, 8 ölkədən 14 komandanın iştirakı ilə keçirilən reqatanın ilk iki günündə Azərbaycan avarçəkənləri ümumilikdə 16 medal qazanıblar.xeber100.com