“Avro-2020″ Bakı Könüllülər Proqramının müsahibə mərhələsinə start veriləcək

18 Yanvar 2021 09:30

Xəbər 423 dəfə oxunub

Yanvarın 18-dən “Avro-2020″ Bakı Könüllülər Proqramının müsahibə mərhələsinə start veriləcək.Azərtac AFFA-ya istinadla xəbər verir ki, ZOOM platforması üzərindən təkbətək olaraq keçiriləcək müsahibə mərhələsini uğurla tamamlayan könüllülər “Avro-2020” Bakı Könüllülər komandasına qoşulacaqlar.Qeyd edək ki, müsahibə mərhələsində iştirak ilə əlaqədar UEFA Fame sistemi vasitəsilə könüllülərə onlayn dəvət göndərilib.xeber100.com