“Avro-2020” seçmə mərhələsinin ikinci turuna start verilib

25 Mart 2019 11:10

Xəbər 540 dəfə oxunub

Martın 24-də “Avro-2020” seçmə mərhələsinin ikinci turuna start verilib.Azərtac xəbər verir ki, turun mərkəzi qarşılaşması “Johan Cruijff Arena” stadionunda oynanılıb. “C” qrupunda yer alan Hollandiya millisi Almaniya yığmasını qəbul edib.Görüş Almaniya millisinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.İlk dəqiqələrdən hücuma keçən Almaniya millisi 15-ci dəqiqədə hesabı açıb. Leroy Sane adını tabloya yazdırıb – 0:1. Matçın 34-cü dəqiqəsində almanlar yenidən fərqlənib. Serge Qnabri fərdi ustalığı sayəsində iki müdafiəçini keçərək uzaq küncə dəqiq zərbə endirib – 0:2. Birinci hissə Almaniya yığmasının 2:0 hesablı üstünlüyü ilə başa çatıb.Qarşılaşmanın ikinci hissəsinin 48-ci dəqiqəsində Hollandiya seçməsi qollardan birinin əvəzini çıxıb. Menfis Depayın cinah ötürməsini Matthjis De Ligt dəqiq baş zərbəsi ilə tamamlayıb – 1:2. Vurulan qoldan on beş dəqiqə sonra “narıncılar” hesabda tarazlıq yaradıb. Menfis Depay cərimə meydançasının daxilində qarışıqlıqdan yararlana bilib – 2:2. Oyunun 89-cu dəqiqəsində Almaniya millisi yenidən hesabda önə keçib. Niko almanların qələbə topunu vurmağa nail olub.Qalan dəqiqələrdə Hollandiya seçməsi hücuma keçsə də, hesab dəyişməyib.İlk turda Hollandiya millisi Belarus yığmasını darmadağın etmişdi (4:0), Almaniya isə reqlamentə əsasən rəqibsiz qalmışdı.Qrupun digər matçında Şimali İrlandiya doğma azarkeşlər önündə Belarus seçməsini 2:1 hesabı ilə məğlub edib.Azərbaycan millisinin yer aldığı “E” qrupunda isə iki oyun keçirilib.Mübarizəyə yeni başlayan Uels yığması “Kardiff Siti” stadionunda Slovakiyanı qəbul edib. Görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb – 1:0. Yeganə qolu 5-ci dəqiqədə Daniel Ceyms vurub.Qrupun digər oyununda Macarıstan Xorvatiya ilə üz-üzə gəlib. Budapeştdəki “Groupama Arena”da təşkil olunmuş qarşılaşmada yerli komanda qalib gəlib – 2:1. Hesabı 13-cü dəqiqədə qonaq komandadan Ante Rebiç açıb. Lakin 34-cü dəqiqədə Adam Salai, 76-cı dəqiqədə isə Mate Patkai fərqləniblər.Bu oyunlardan sonra “E” qrupunda 5 komandadan 3-nün xalları bərabərləşib. Slovakiya, Macarıstan və Xorvatiyanın 2, Uelsin 1 oyundan sonra 3 xalı var. Cəmi 1 matç keçirən Azərbaycan millisi isə xalsızdır. Növbəti turda yığmanın rəqibi Macarıstan olacaq. Görüş iyunun 8-də “Bakcell Arena”da keçiriləcək.xeber100.com

 

Həndbol Federasiyası: Azərbaycan çempionatlarında VII turun oyunları keçirilib

Həndbol üzrə Azərbaycan çempionatlarında VII turun oyunları keçirilib. Azərbaycan Həndbol Federasiyasının mətbuat xidmətindən bildiriblər ki, kişilərin yarışında tura “Dinamo” – “Azəryol” görüşü ilə start verilib. “AHF Arena”da keçirilən oyuna favorit qismində çıxan nominal qonaqlar etimadı doğruldublar. “Azəryol”un üstünlüyü ilə yadda qalan qarşılaşma 24:49 hesabı ilə başa çatıb. “Təhsil” – “İdman Akademiyası” matçı daha gərgin mübarizə şəraitində keçib. Fasiləyə 3 topluq üstünlüklə yollanan “Təhsil” qalan vaxtda rəqibin vəziyyəti dəyişməsinə imkan verməyib - 30:28. Maraqlı mübarizə vəd edən “Bakı” – “Kür” görüşündə isə qonaqların qələbəsinə inananlar yanılmayıblar. Yüksək əzmkarlıq nümayiş etdirən Mingəçevir həndbolçuları paytaxtdan uğurlu nəticə ilə dönməyi bacarıblar - 20:26. Qadın həndbolçuların çempionatında 7-ci tur “Bakı” – “Gənclər Birliyi” matçı ilə başlanıb. İlk hissədən təşəbbüsə yiyələnən paytaxtın eyniadlı komandası fasilədən sonrakı üstünlüyünü də tabloda əks etdirib - 35:25. “Kür” komandası da azarkeşlərini sevindirib. Mingəçevirin həndbolçuları növbəti qələbəni “İdman Akademiyası” ilə oyunda rəsmiləşdiriblər - 49:16. Yeddinci tura yanvarın 21-də keçiriləcək “Azəryol” – “Qarabağ” matçı ilə yekun vurulacaq.xeber100.com  

Yanvar 15, 2024 14:10

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Quba – İdman Paytaxtı 2024″ün açılış mərasimi keçirilib

Gənclər və İdman Nazirliyinin və Quba Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Quba - İdman Paytaxtı 2024"ün açılış mərasimi keçirilib. Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Sonra "Quba - İdman Paytaxtı 2024"ün maskotu "Fuji" tamaşaçılara təqdim edilib. Bunun tarixi və əlamətdar hadisə olduğunu deyən Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Prezident İlham Əliyevin dəstəyi ilə regionlarda müasir standartlara cavan verən idman komplekslərinin tikildiyini vurğulayıb. Bölgədə 8 mindən artıq gəncin idmanla məşğul olduğunu söyləyən İ. Mahmudov idmançıların yerli və beynəlxalq yarışlarda qazandığı uğurlardan bəhs edib. Gənclər və idman naziri Fərid Qayıbov Quba Olimpiya İdman Kompleksində yaradılan yüksək şəraitdən danışıb. O, kompleksdə müxtəlif idman növləri üzrə təlim-məşq toplanışları və yarışların keçiriləcəyini diqqətə çatdırıb. Gimnastika üzrə Azərbaycan millisinin də hazırda Quba Olimpiya İdman Kompleksində hazırlıq keçdiyi bildirilib. Daha sonra nazir idman paytaxtının rəmzi açarını icra başçısına təhvil verib. Ardınca sambo üzrə dünya və Avropa çempionatlarının mükafatçısı Zaur Paşayev və peşəkar MMA döyüşçüsü, 4 qat dünya çempionu Vüqar Kərəmov çıxış ediblər. Onlar hazırda beynəlxalq arenada Azərbaycanı təmsil edən bütün idmançılara uğurlar arzulayıblar. Tədbir bədii hissə ilə davam edib. Müxtəlif idman növləri üzrə federasiyaların üzvlərinin paradından sonra respublikanın tanınmış incəsənət ustaları və müğənnilərinin iştirakı ilə möhtəşəm konsert proqramı təşkil olunub.xeber100.com

Yanvar 15, 2024 14:02