Belçikanın paytaxtı Brüsseldə “Avro-2020”yə ev sahibi şəhərlərindən biri kimi loqotipin təqdimat mərasimi keçirilib.Azərtac xəbər verir ki, tədbirdə AFFA-nın baş katibi E.Məmmədov və beynəlxalq əlaqələr şöbəsinin müdiri K.Mehtiyeva iştirak ediblər.Brüssel şəhərinin meriya binasında təşkil olunan mərasimə UEFA İcraiyyə Komitəsinin üzvü Mixael van Praaq da qatılıb.Noyabrın 30-da Bakıda təşkil olunmuş analoji tədbirdə isə Belçika Futbol Federasiyasının nümayəndələri iştirak ediblər.Xatırladaq ki, 2014-cü ildə UEFA-nın İcraiyyə Komitəsinin qərarı ilə qitə turnirinin 13 şəhərdə keçirilməsinə qərar verilib.Belə ki, qrup mərhələsinin 3 oyunu və dörddəbir final mərhələsi görüşlərinə – Sankt-Peterburq, Roma, Münhen və Bakı ev sahibliyi edəcək. Növbəti səkkiz şəhər – Kopenhagen, Buxarest, Amsterdam, Dublin, Bilbao, Budapeşt, Brüssel və Qlazqoda digər qrup matçları və səkkizdəbir final qarşılaşmaları təşkil ediləcək. Avropa çempionatının yarımfinal və final mərhələsi Londonun “Uembli” stadionunda keçiriləcək.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…