“Avro-2020”nin səkkizdəbir final mərhələsi çərçivəsində

30 İyun 2021 15:14

Xəbər 358 dəfə oxunub

“Avro-2020”nin səkkizdəbir final mərhələsi çərçivəsində Şotlandiyanın Qlazqo şəhərindəki “Hampden Park” Arenada keçirilən İsveç-Ukrayna matçının ən yaxşı futbolçusu müəyyənləşib.Azərtac UEFA-nın rəsmi saytına istinadla xəbər verir ki, Ukrayna yığmasının üzvü Aleksandr Zinçenko görüşün ən yaxşısı seçilib. A.Zinçenko İsveç millisi ilə matçda ilk qolun müəllifi olub.Qeyd edək ki, İsveç millisini “Avro-2020”dən kənarlaşdıran Ukrayna yığması tarixində ilk dəfə turnirin dörddəbir final mərhələsinə yüksəlib. Növbəti mərhələdə Ukrayna millisi İngiltərə yığması ilə qarşılaşacaq. Matç iyulun 3-də Romada təşkil olunacaq.xeber100.com