“Avro-2022″nin püşkatma mərasiminin vaxtını dəyişib

11 Aprel 2020 22:30

Xəbər 802 dəfə oxunub

UEFA koronavirus pandemiyası səbəbindən futzal üzrə “Avro-2022″nin püşkatma mərasiminin vaxtını dəyişib.Azərtac xəbər verir ki, tədbir əvvəlcədən planlaşdırıldığı kimi mayın 14-də deyil, iyulun 7-də təşkil olunacaq.Qeyd edək ki, Avropa çempionatının seçmə mərhələsində Azərbaycan millisi də iştirak edəcək. Seçmə mərhələnin oyunları 2021-ci il fevral, aprel və sentyabr aylarında olacaq. Turnirin final mərhələsi isə 2022-ci ilin yanvar-fevral aylarında Niderlandda keçiriləcək.xeber100.com