AVRO-2024-ün seçmə mərhələsində növbəti oyunlar keçirilib

10 Sentyabr 2023 11:05

Xəbər 77 dəfə oxunub

Bu gün AVRO-2024-ün seçmə mərhələsində növbəti oyunlar keçirilib. Üç qrupda baş tutan 7 görüşlə V tura yekun vurulub.

F qrupunda qərarlaşan Azərbaycan millisi Belçikaya 0:1 hesabı ilə məğlub olub. İsveç səfərdə Estoniyanın qapısından 5 cavabsız top keçirib.

C qrupunun lideri İngiltərə ilk dəfə xal itkisinə məruz qalıb. “Dumanlı Albion” təmsilçisi səfərdə ən yaxın izləyicisi Ukrayna ilə heç-heçə edib. İtaliya isə Şimali Makedoniyada yerli komanda ilə xalları yarı bölüb.

İ qrupunun hər üç görüşü “sülh”lə yekunlaşıb.

AVRO-2024-ün seçmə mərhələsi
V tur
9 sentyabr

C qrupu
Ukrayna – İngiltərə – 1:1
Şimali Makedoniya – İtaliya – 1:1
Xal durumu: İngiltərə – 13 xal (5 oyun), Ukrayna – 7 (4), İtaliya – 4 (3), Şimali Makedoniya – 4 (4), Malta – 0 (4).

F qrupu
17:00. Azərbaycan – Belçika – 0:1
20:00. Estoniya – İsveç – 0:5
Xal durumu: Belçika – 10 (4), Avstriya – 10 (4), İsveç – 6 (4), Estoniya – 1 (4), Azərbaycan – 1 (4).

İ qrupu
20:00. Andorra – Belarus – 0:0
22:45. Rumıniya – İsrail – 1:1
22:45. Kosovo – İsveçrə – 2:2
Xal durumu: İsveçrə – 11 (5), Rumıniya – 9 (5), İsrail – 8 (5), Belarus – 4 (5), Kosovo – 4 (5), Andorra – 2 (5).xeber100.com

Bakıda keçiriləcək cüdo üzrə Böyük Dəbilqə turnirinin püşkü atılıb

Sentyabrın 22-24-də Bakıda keçiriləcək cüdo üzrə Böyük Dəbilqə turnirinin püşkü atılıb. Azərbaycan idmançılarının da ilk rəqibləri bəlli olub. 60 kq Balabəy Ağayev - Lukhumi Çkvimiani (Gürcüstan) Əhməd Yusifov - Jorre Verstraeten (Belçika) Rövşən Əliyev - Lior Rafailov (İsrail) Nazir Talıbov - Giorgi Sardalaşvili (Gürcüstan) 66 kq Qasım Vəlizadə - Antoni De Angelis (Latviya) Yaşar Nəcəfov - Yermek Amangeldi (Qazaxıstan) Rəşad Yelkiyev - Lukas Saha (Finlandiya)/Yanislav Gerçev (Bolqarıstan) cütünün qalibi Ruslan Paşayev - Tal Fliçer (İsrail) 73 kq Hidayət Heydərov - Askar Narkulov (Qazaxıstan) Telman Vəliyev - Faye Njie (Qambiya) Nurlan Osmanov - Dioqo Sesar (Qvineya Bissau) Rəşid Məmmədəliyev - Benjamin Axus (Fransa) 81 kq Məmmədrza Hacızadə - Arnaud Areqba (Fransa)/Məhəmməd Rebahi (Qətər) cütünün qalibi Elcan Şəfiyev - Antonio Espozito (İtaliya)/Hrafn Arnarsson (İslandiya) cütünün qalibi Zelim Tçkayev - Aleks Barto (Slovakiya) Məhərrəm İmamverdiyev - Aibol Nussanali (Qazaxıstan) 90 kq Murad Fətiyev - Srcan Mrvalyeviç (Monteneqro) Elcan Hacıyev - Aleksandr Sidoruk (İJF) Əjdər Bağırov - Yermakhan Anuarbekov (Qazaxıstan) Musa Hüseynli - Yahor Varapayev (İJF)/Aleks Kret (Rumıniya) cütünün qalibi 100 kq Ruslan Nəsirli - Zlatko Kumriç (Xorvatiya) Zelim Kotsoyev - Matias Madsen (Danimarka) +100 kq İmran Yusifov - Kamzat Saparbayev (Fransa) Rəşid Məmmədəliyev - Juscelino Nasimento (Braziliya) Uşangi Kokauri - Karl Stefansson (İslandiya)/Joao Kesarino (Braziliya) Ramazan Əhmədov - Tamerlan Başayev (İJF) Qadınlar 48 kq Ramilə Əliyeva - Marusa Stanqar (Sloveniya) Şəfəq Həmidova - Meri de Varqas (Çili) Leyla Əliyeva - Tamar Malca (İsrail) 52 kq Gültac Məmmədəliyeva - Joana Dioqo (Portuqaliya) 57 kq Nərgiz Hacıyeva - Timna Nelson Levi (İsrail) 70 kq Günel Həsənli - Eliza Vroblevska (Polşa) Südabə Ağayeva - Darya Kramoykina (İJF) Qeyd edək ki, yarış Milli Gimnastika Arenasında təşkil olunacaq.xeber100.com

Sentyabr 21, 2023 14:36