Avrokubok mövsümünə start verilib

29 İyun 2016 10:18

Xəbər 1321 dəfə oxunub

Azərbaycan klubları üçün Avrokubok mövsümünə start verilib. Apasport.az saytının məlumatına görə, ilk olaraq Avroliqadakı 3 təmsilçimizdən biri – “Kəpəz” meydana çıxacaq. Avropa Liqasının I təsnifat mərhələsinin ilk qarşılaşmasında qərblilər Moldovanın “Daçiya” klubu ilə oynayacaqlar. Gəncəlilərin digər iki klubumuzdan əvvəl maydana çıxmasının səbəbi onların ev oyunlarını Bakıda keçirməsidir. Şahin Diniyevin komandası ilk sınağına “Dalğa Arena”da çıxacaq. Bu matç “Kəpəz”in 5787 gündən sonra Avropa arenasına dönüşü olacaq. Sonuncu dəfə 2000-ci ildə UEFA Kubokunda yarışmış və 16 il qitə miqyaslı turnirlərə qatılmayan gəncəlilər yarışın yeni adı altında ilk dəfə çıxış edəcəklər. Bu görüş həm “Kəpəz”, həm də baş məşqçi Şahin Diniyev üçün ilklə yadda qalacaq. Belə ki, gəncəlilər ilk dəfə Şahin Diniyevin rəhbərliyi ilə Avrokuboklarda çıxış edəcəksə, “Daçiya” ilə oyun Diniyev üçün Avrokuboklarda debüt olacaq.xeber100.com