Avropa çempionatı qeyri-müəyyən vaxta təxirə salınıb

24 Aprel 2020 18:37

Xəbər 593 dəfə oxunub

Avqustun 26-30-da Parisdə keçirilməsi nəzərdə tutulan atletika üzrə Avropa çempionatı təxirə salınıb.Azərtac xəbər verir ki, koronavirus pandemiyasına görə təxirə salınan qitə birinciliyinin nə vaxt keçiriləcəyi açıqlanmayıb.Turnirin təşkilat komitəsinin sədri Jan Qarsia deyib: “Biz turnirin keçirilməsini istəyirdik. Ancaq bu idmandır. Riskə gedib insanları infeksiyaya yoluxdurmaq düzgün olmazdı”.Qeyd edək ki, çempionatın Parisdəki Şarle stadionunda təşkil olunması planlaşdırılırdı.xeber100.com