Daha iki ölkənin 17 yaşadək futbolçulardan ibarət milli komandası Bakıda keçiriləcək Avropa çempionatına vəsiqə qazanıb. Sportnet.az xəbər verir ki, onlar İngiltərə və Ukrayna yığmalarıdır.
Hər iki komanda elit-raundun İngiltərədə keçirilən 2-ci qrupunda ilk 2 turun nəticələrinə əsasən, bu hüquqa yiyələnib. Qrup autsayderləri Finlandiya və Türkiyəni Ukrayna 3:0, İngiltərə isə müvafiq olaraq, 1:0 və 3:1 hesabı ilə yenib. Martın 29-da qrupun şərikli liderləri arasında son turun oyunu keçiriləcək. Bu matçın nəticəsindən asılı olmayaraq, İngiltərə və Ukrayna mayın 5-də Azərbaycan paytaxtında start götürəcək final mərhələsinə qatıla biləcək. Əvəzində Rusiyanın ardından Türkiyə yığması da Bakıya gələ bilməyəcək.
Beləliklə, Avropa çempionatının 16 iştirakçısından yarısının adına aydınlıq gəlib. Daha öncə Portuqaliya, İsveç, Belçika, İtaliya, Bosniya və Herseqovina, eləcə də təşkilatçı Azərbaycan milliləri də bu hüquqa yiyələnib. Qeyd edək ki, çempionat mayın 21-dək davam edəcək.
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…